Gürcüstandan Azərbaycana ixracat 182 milyon dollar azalıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana ixracat 2014-cü ilin uyğun dövrü ilə müqayisədə 55 faiz (182 milyon dollar) azalaraq, 151,6 milyon dollar, yaxud ümumi ixracatın 6,9 faizini təşkil edib. Avtosfer.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu haqda ölkənin Milli Statistika Xidməti məlumat yayıb. Bu ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 46 milyon dollarlıq minik avtomobili ixrac olunub ki, bu da ötən ilin uyğun dövrü ilə isə müqayisədə 121 milyon dollar azdır. Hesabat dövründə Azərbaycana 19 milyon dollarlıq müalicə vəsaitləri ixrac edilib ki, bu da 2014-cü ilin həmin dövrü ilə müqayisədə 2,3 milyon dollar artıqdır. Cari ilin ilk 7 ayında Azərbaycandan da Gürcüstana ixracatın həcmi ötən illə müqayisədə 9,1 faiz azalaraq, 316,1 milyon dollar, yaxud Gürcüstanın ümumi idxalatının 4,4 faizini təşkil edib. Göstərilən müddət ərzində Azərbaycandan Gürcüstana 79,4 milyon dollarlıq, 150,1 min ton neft və neft məhsulu ixrac edilib ki, bu da ötən ilin uyğun dövründəkindən 56,2 milyon dollar azdır. Hesabat dövründə Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdarları arasında ikinci yerdədir. Bu ilin ilk 7 ayında ölkələr arasında xarici ticarət dövriyyəsi 468 milyon dollar təşkil edib ki, bu da ötən ilki dövrlə müqayisədə 32 faiz azdır. Xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5 faiz təşkil edib.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










