Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı 30%-i ötüb

Bu ilin III rübündə Gürcüstan ərazisinə daxil olan dəmir yolu yüklərinin 30,8 %-i və yaxud 258,751 min tonu Azərbaycandan göndərilib.
Avtosfer.az-ın məlumatına görə, “Report” bu barədə Gürcüstan Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, III rübdə Gürcüstanın dəmiryolları ilə 3,6 milyon ton yük daşınıb ki, bu da, illik müqayisədə 0,7 % azdır. Ümumi yüklərin 10,1 %-i ölkədaxili, 30,5 %-i beynəlxalq (tranzit istisna olmaqla) və 59,4 %-i tranzit yüklərin payına düşüb.
Hesabat dövründə Gürcüstana daxil olan dəmiryolu yüklərinin 37 %-i Rusiyadan, 30,8 %-i Azərbaycandan və 32,2 %-i isə digər ölkələrdən daxil olub.
İyul-sentyabr aylarında yükdaşımaların ümumi həcminin 40,6 %-ni koks və emal olunmuş neft məhsulları, 16,6 %-ni kimya, kimya məhsulları və süni liflər; rezin və plastik məmulatları və 14,2 %-i isə metal filizləri, eləcə də mədən və karxana məhsulları təşkil edib.
Avro və rubl bahalaşdı, manat dəyişdi: “Devalvasiya ...”
Prezident 3 gündə kimlərlə görüşdü? - ADLAR
İlham Əliyev Davos Forumunun illik toplantısında iştirakına dair paylaşım etdi - VİDEO
Qala-Pirallahı yolunda pərakəndə nişan tələbi: "Sürəti hansına uyğun seçək?" - VİDEO
Bu şəxslərin maaşı saathesabı olacaq
İki santimetr qar düşən kimi şəhər niyə iflic olur? – Bakının infrastruktur rəzaləti A-dan Z-ə
Boşanana yaxın gizlicə satılan əmlakdan qarşı tərəfə pay düşməlidir? – Hüquqşünas AÇIQLADI
Taksi sürücülərinin DİQQƏTİNƏ! - Bu ərazilərdən kənara çıxsanız...
Davosda İlham Əliyevlə Donald Tramp arasında səmimi dialoq - VİDEO
Motosiklet qəzaları artır - İntizam çatışmazlığı əsas səbəbdir? - AÇIQLAMA
Metro və avtobuslarla bağlı vəziyyət dəyişdi – Vacib DETALLAR











