Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə yük daşımalarının vaxtı azalacaq

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə yük daşımaları üçün tələb olunan vaxt 4 saat azalacaq.
“Report” xəbər verir ki, bu barədə Gürcüstanın dəmir yollarının modernləşdirilməsi layihəsinin tərəfdaşlarından biri olan Asiya İnkişaf Bankının (ADB) 2021-ci il üzrə hesabatında bildirilib.
Sənədə əsasən, layihənin reallaşdırılması ilə yük qatarlarının Azərbaycan sərhədindən Batumi limanına çatması üçün tələb olunan orta vaxt 4 saat azalacaq.
Ötən il “Gürcüstan dəmir yolları” SC ilk dəfə olaraq London Fond Birjasında “yaşıl” istiqrazlar yerləşdirib və cəlb olunan vəsaitlərin həcmi 500 milyon ABŞ dolları təşkil edib. ADB 50 milyon ABŞ dolları ayırmaqla sövdələşmənin əsas tərəfdaşlarından biri kimi çıxış edib.
Gürcüstan dəmir yolları şəbəkəsinin modernləşdirilməsi nəticəsində illik yük daşımalarının həcmi 2024-cü ildə 27 milyon tondan (2020-ci ildə) 48 milyon tona qədər artacaq.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











