Gürcüstanla sərhəddə yeni keçid məntəqəsi yaradılır

Gürcüstan Maliyyə Nazirliyinin Vergi Xidmətinin rəhbəri İrakli Beriya və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşdə “İpək Yolu – İpək Yolu” adlı yeni birgə sərhəd-keçid məntəqəsinin tikintisinin vacibliyi vurğulanıb. Avtosfer.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Vergi Xidməti bəyanat yayıb.
İşçi görüş dekabrın 17-də baş tutub.
Yeni srhəd keçidlərində gömrük prosedurlarının sadələşdirilməsinə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi diqqət yetirilib. Görüşdə həmçinin regionda tranzit potensialının inkişafı üçün vacib olacaq “İpək Yolu - İpək Yolu” yeni birgə sərhəd-keçid məntəqəsinin tikintisi müzakirə olunub. Görüşdə Vergilər Xidməti rəisinin birinci müavini Paata Kiladze, Gömrük İdarəsinin rəisi Mixeil Çokoşvili, beynəlxalq əlaqələr şöbəsinin müdiri Arçil Daraxvelidze, Azərbaycan səfirliyinin iqtisadiyyat katibi Samir Abdurəhimov və səfirliyin gömrük attaşesi Vüsal Əbilov iştirak ediblər.
Xatırladaq ki, son günlər Gürcüstanla sərhəd keçidində bir sıra problem yaranıb. Bundan əlavə, rəsmi Tbilisinin mövqeyi Azərbaycan mediasında tənqid olunub.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












