«Hafka»nın iki avtomobili cərimə meydançasına aparıldı

Bakıda yol polisi əməkdaşları «Baghlan Group»un prezidenti Hafiz Məmmədovun oğlanlarına məxsus iki avtomobili cərimə meydançasına aparıblar. Bu barədə Avtosfer.az saytına hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, ötən həftə və bu həftənin əvvəllərində «Hafka»nın oğlu Kənan Məmmədovun «Galendevagen» markalı avtomobili paytaxt ərazisində saxlanılıb. Buna səbəb isə avtomobildə qadağan olunmuş səs siqnalının və xorultulu səs çıxaran qurğunun olmasıdır. Yol polisi əməkdaşlarına qarşı kobudluq edən «Hafka»nın adamları sonda maşının cərimə meydançasına aparılmasına razı olublar. Hadisə yerinə yol polisinin tağım komandiri, mayor Cəmşid Hənifəyev də gəlsə də, saxlanılan şəxslərin «Hafka»nın adamları olduğunu öyrəndikdə oradan uzaqlaşıb. Buna baxmayaraq, maşın cərimə meydançasına salınıb.
Məlumata görə, həmin avtomobil Hafiz Məmmədovun böyük oğlu Kənan Məmmədova məxsus olub.
Bir neçə gün sonra isə yol polisləri «Hafka»nın ortancıl oğlu Sənan Məmmədovun avtomobilini saxlayıblar. Müxtəlif qayda pozuntularına yol verdiyi üçün saxlanılan Sənan Məmmədovun yanında olan dostları DYP əməkdaşlarına qarşı kobudluq ediblər. Hətta, onlar maşının cərimə meydançasına aparılmasına razı olmayıblar. Bir qədər sonra isə DYP-nin rəhbər şəxslərinin məsələyə müdaxiləsi nəticəsində avtomobil cərimə meydançasına aparılıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, «Hafka»nın adamları həmin avtomobillərdən birini cərimə meydançasından çıxara biliblər. Digər avtomobil isə hazırda cərimə meydançasında saxlanılır.
Yeri gəlmişkən, təxminən bir ay öncə «Hafka»nın oğlu Kənan Məmmədova məxsus, 200 min manat qiyməti olan «Maseratti» markalı avtomobil Rəşid Behbudov küçəsində səkiyə çırpılaraq yanmışdı.
Onu da qeyd edək ki, bu gün tanınmış iş adamı Hafiz Məmmədov oğluna toy edir. Axşam.az-ın verdiyi məlumata görə, “Baghlan Group”un prezidentinin ortancıl oğlu Sənan Məmmədov sevib-seçdiyi xanımla nikah masasına oturacaq. Toy mərasimi paytaxtdakı dəbdəbəli otellərdən birində baş tutacaq.
“Baghlan Group”un prezidenti, “Bakı”, “Lans” və "Şeffild Uensdey"" klublarının sahibi Hafiz Məmmədov üç oğul atasıdır. Bu gün ailə həyatı quracaq Sənan Məmmədov “Atletiko” Madrid klubu ilə əməkdaşlıq üzrə koordinasiya mərkəzinin rəhbəridir. O, Londonun City Universitetinin bakalavr, LSE Universitetinin master dərəcəsini bitirib. Allah xoşbəxt eləsin!
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI













