Hamı yatanda sahibkarların gecə fəaliyyəti başlayır – SƏKİ ZƏBTİ - FOTO

Paytaxtda səkilərin zəbt edilərək, eləcə də yaşıllıqların məhv edilərək hansısa obyektə çevrilməsinin dəfələrlə şahidi olmuşuq. 12 günlük bayram tətili zamanı şəhərin bir neçə rayonunda müxtəlif iaşə qəfil meydana çıxdı. Dövlət qurumlarının, icra hakimiyyətlərinin istirahətə getməyindən istifadə edən sahibkarlar hansısa üsullarla metrolara yaxın ərazilərdə öz köşklərini qurdu, obyektlərinin açılışını etdi.
Avtosfer.az xəbər verir ki, belə hadisələrdən bir neçəsi də Xətai rayonunda baş verib.
Belə ki, “Həzi Aslanov” metrostansiyası yaxınlığında sakinlər səhər yuxudan qalxanda artıq metro keçidinin qarşısında yeni bir obyekt görüblər. Dəmir konstruksiyalı obyekt bir neçə saatın içində səkidəcə quraşdırılıb.

Analoji hal “Əhmədli” metrostansiyası yaxınlığında Sarayevo küçəsində də yaşanıb. Belə ki, uzun müddət müzakirə olunan ərazidə artıq obyektin təməlini atacaq şəkildə dəmir konstruksiyalar düzülüb. Səki daşları artıq sökülüb və obyektin tikintisinə hazırlıq başlayıb.

Sakinlər aidiyyəti qurumlardan sahibkarların bu cür özbaşınaqlıqlarına son qoymasını xahiş edir.
Səfər
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












