Hamilə qadın və əri ağır qəzaya düşüb

Kürdəmir rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə bu gün saat 12:00 radələrində Bakı-Qazax yolunun 206-cı kilometrliyində, Kürdəmir şəhəri ərazisində qeydə alınıb. Kürdəmir rayon Qarabucaq kənd sakini, 1983-cü il təvəllüdlü Ələkbərov Cəlal Sərxoş oğlunun idarə etdiyi “VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn “Mercedes” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində sürücü Cəlal Ələkbərov və onun həyat yoldaşı 1989-cu il təvəllüdlü Ələkbərova Qumru Nəzər qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Qadının hamilə olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












