Hansı hərbçilərin pensiyası artırılıb? - Deputat açıqladı

"Azərbaycan Prezidenti "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100 faiz sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla əlaqədardır".
Oxu.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial media hesabında bildirib.
Onun sözlərinə görə, hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur:
"Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur. İndi bu vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq. Digər əlavələri də nəzərə alsaq, bu həmin vətəndaşlarımızın pensiyalarında daha yüksək artımlara səbəb olacaq. Qeyd edək ki, yeni dəyişiklik proaktiv, yəni elektron pensiya təminatını da gücləndirəcək. Belə ki, əmək pensiyasında təyinat zamanı vətəndaşlarımız üçün pensiya seçimində daha yüksək məbləğə avtomatik üstünlük veriləcək. Bu isə proseduralardan keçmədən, qısa zamanda pensiya təminatına imkan yaradacaq".
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










