Hantavirus COVID-19-dan təhlükəlidir? – Alimdən AÇIQLAMA

"Hantavirus insanlar üçün COVID-19 qədər təhlükə yaratmır".
Avtosfer.az-ın xəbərinə görə, bunu rusiyalı tibb elmləri namizədi, Perm Milli Tədqiqat Politexnik Universitetinin baş elmi işçisi Valeri Litvinov "RİA Novosti"yə müsahibəsində deyib.
O, izah edib ki, koronavirus minimal təmasla insandan insana ötürülür və bu, olduqca tez baş verir:
"Hantavirus üçün isə bu, xarakterik deyil. Sözügedən virus təbii ocaqlı infeksiyadır və heyvanlarla əlaqəlidir. Daşıyıcılar - siçanlar və siçovullar xəstəliyi simptomsuz keçirirlər".
Onun sözlərinə görə, gəmiricilər yalnız müəyyən hantavirus növlərinə yoluxduqları zaman ölürlər. Virusoloq vurğulayıb ki, insanlarda bir qayda olaraq xəstəlik ağır keçmir.
Xatırladaq ki, mayın 10-da İspaniyada göyərtəsində hantavirus epidemiyası baş verən "MV Hondius" kruiz laynerindən (gəmisindən) sərnişinlərin təxliyəsinə başlanılıb. Onların 14 ispaniyalıdan ibarət ilk qrupu Madriddəki xəstəxanaya göndərilib. İspaniya Səhiyyə Nazirliyindən bildirilib ki, həmin şəxslərin arasında infeksiya əlamətləri olan insanlar yoxdur. Lakin əvvəllər gəmidə xəstəliyə yoluxma halları aşkar edilmiş və üç sərnişin ölmüşdü.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












