Havadan xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında aprelin 25-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən axşam və gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyinin güclənəcəyi ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 9-13, gündüz 13-17 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında aprelin 25-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 14-24, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, şimal küləyinin tez-tez güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Aprelin 25-dən 28-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, küləkli olacağı, 25-də gün ərzində, 26-da axşam və 27-də şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu aprelin 25-də 13-17, 26-da 15-20, 27-də 13-16 dərəcə isti təşkil edəcək. Bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir.
Fərid
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












