Hazırda Bakı-Şamaxı yolu avtomobillərin hərəkəti üçün tam açıqdır - FOTO

Bu gün səhər saatlarından Qobustana yağan qar və müşahidə olunan şaxtalı hava səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun bu rayonun əraziisindən keçən enişli-yoxuşlu və döngəli hissələrində buzlaşma yaranıb. Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, təhlükəsizlik məqsədilə paytaxtdan Şamaxı istiqamətində bəzi avtomobillərin hərəkəti yol polisi tərəfindən qismən məhdudlaşdırılıb. Qısa müddət ərzində yolun buzlaşan hissələri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və xüsusi texnikası tərəfindən təmizlənib, yollara duz-qum qarışığı səpilib və nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub. AAYDA-nın baş mühəndisi Həsən Məmmədli açıqlamasında bildirib ki, əməkdaşlar gecə və səhər saatlarında yolboyu xidmət göstəriblər. Onun sözlərinə görə, buzlaşma müşahidə edilsə də, avtomobillərin hərəkətində ciddi problem yaranmayıb. Hazırda paytaxtdan Şamaxıya və əks istiqamətdə avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol tam açıqdır. Baş mühəndis əlavə edib ki, idarənin əməkdaşları növbəli şəkildə ərazidə xidmətdədirlər və ehtiyac yarandığı halda dərhal müdaxilə olunacaq. Bunun üçün kifayət qədər duz-qum ehtiyatı, zəruri materiallar və xüsusi texnika mövcuddur.
Qeyd edək ki, axşam saatlarında bölgədə yenidən qar yağacağı, havanın şaxtalı keçəcəyi və yolların qismən buz bağlaya biləcəyi ehtimal olunur. Bu səbəbdən sürücülərə ehtiyatlı olmaları, gecə saatlarına planlaşdırılan səfərlərini gündüz vaxtlarına keçirmələri tövsiyə edilir.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
















