Həkim sayt redaktorunu maşınla vurub qaçdı - VİDEO

Axar.az saytının baş redaktoru Anar Niftəliyev həyat yoldaşı Elnarə Tofiqqızının ölümündə ittiham etdiyi həkim Firuz İbrahimov tərəfindən maşınla vurulub. Axar.az saytının yazdığına görə, anestezioloq Anar Niftəliyevi maşınla vuraraq qaçıb. Bütün prosesi videoya alan baş redaktor ayaqlarından ağır zədə alıb və dərhal hadisə yerinə polis çağırıb.
Sayt qeyd edib ki, anestezioloq Firuz İbrahimov Anar Niftəliyevin şikayəti əsasında həyat yoldaşı Elnarə Tofiqqızının ölümü ilə bağlı aparılan məhkəmə araşdırması nəticəsində Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri ilə ittiham olunub və 2 il şərti azadlıqdan məhrum edilib. Lakin zərərçəkən tərəf bu qərarla razılaşmayıb və apellyasiya şikayəti verib. F.İbrahimov isə sonuncu prosesdən öncəki prosesə teleqram vuraraq xəstə olduğu üçün iştirak edə bilməyəcəyini bildirib. Son prosesə isə onun özü deyil, qardaşı teleqram vurub və bildirib ki, həkim mədə xorasından əziyyət çəkdiyi üçün 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır. Bu gün isə A.Niftəliyev onun həqiqətən xəstəxanada yatıb-yatmadığını yoxlamaq üçün yaşadığı ünvana baş çəkib, həkimin evdə olduğunu görüb və bunu telefonun video yaddaşına köçürüb. Bir qədər sonra Firuz İbrahimov evdən çıxıb, maşınına əyləşib və işə yollanıb. A.Niftəliyev həkimin maşını Hənifə Ələsgərov küçəsində işıqforun qırmızı işığında dayandığı vaxt ona yaxınlaşıb və məhkəməni aldatmağının səbəbini soruşub. Anestezioloq isə Anar Niftəliyevi maşınla vuraraq qaçıb.Baş redaktor ayaqlarından ağır zədə alıb.
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ
ABŞ-İsrail qüvvələri açıqladıqlarının əksinə, İranı niyə məğlub edə bilmir? – Ekspertlər ŞƏRH ETDİ
Prezident pensiyalarla bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
36 ildir Prezidentin təhlükəsizliyini təmin edir - Bu gün yubileyidir
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR










