Həm evakuatorun xərci ödəniləcək, həm də cərimə - Ekspert yeni qanunu ŞƏRH ETDİ

Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, duracağa gətirilən və saxlanılan nəqliyyat vasitəsi müəyyənləşdirilmiş haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq.
Məsələnin mahiyyətini açıqlayan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, burada əsas məqam ondan ibarətdir ki, avtomobil cərimə meydançasına aparılsa, onun aparılma xərci orada dərhal ödənilməlidir.
"Sonra sürücü barəsində protokol tərtib olunur və həmin protokolu da adi qaydada digər cərimələr kimi ödəməlidir. Yəni, 10 gün ərzində şikayət etməsə, qərar qüvvəyə minir; 10 gün ərzində ödəsə, növbəti 10 gün ərzində ödədiyi halda 10% güzəşt tətbiq olunur. Sonra bir ay ərzində həmin məbləğ ödənilməlidir, bir aydan keçsə, hər gün dəbbə pulu hesablanacaq, yəni üzərinə faiz gələcək. Burada göstərildiyi kimi, avtomobillər cərimə meydançasına aparıldıqda aparılma xərci də nəzərdə tutulur, yəni evakuatorun xərcindən söhbət gedir. Bu da o deməkdir ki, evakuasiya prosesi olacaq. Əslində, olmalıdır da. Çünki elə ərazilər var ki, maşını gətirib, səkidə saxlayıb bütün piyadaların yolunu kəsir və ya ikinci cərgədə saxlayıb problem yaradır. Deyək ki, zebranın üstündə saxlayıb piyadaların hərəkətinə mane olur; yolayrıcına 5 metr qalmış saxlayıb, dönənlər risk yaşayır, təhlükə qarşısında qalır. Belə olan halda, həmin maşınlar evakuasiya olunmalıdır. Evakuasiya olunarsa, evakuatorun xərcini orada dərhal ödəməlidir, sonradan maşın həmin şəxsə qaytarılır və cəriməni də gedib ayrıca ödəyəcək. Prosesin mahiyyətində evakuatorların işə düşmə siqnalı var və yəqin ki, bu baş verəcək. Əslində, bu gün də qanunda bu mövzu gündəmdədir, sadəcə evakuatorlar hələ ki, bu missiyanı yerinə yetirmir. Amma artıq qanuna dəyişiklik baş verirsə, bu, yəqin ki, tətbiq olunacaq", - deyə o yekunlaşdırdı./redaktor.az
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI
Dehlidə keçirilən BRİCS iclasında nələr müzakirə edilib? - POLİTOLOQ
Prezident İlham Əliyev sükan arxasına keçib - VİDEO
Bakıda bəzi küçələrdə tətbiq ediləcək “yaşıl dalğa” sistemi tıxacı azaldacaq? - DEPUTAT
Avtobusların sayı artır, problem həll olunmur – Səbəb nədir?
Bakının nəqliyyatında yük niyə iki sistemin üzərindədir? – EKSPERT










