"Həm vaxt itirir, həm də stress keçiririk" - Sərnişinlər şikayətçidir

“Koroğlu” metrostansiyasının çıxışında yerləşən Nəqliyyat Mübadilə Mərkəzinin məlumat lövhələri solğundur. Üzərində yazılan məlumatlar aydın şəkildə görünmür.
Həmin istiqamətdə harasa getmək istəyən sərnişinlərin dediyinə görə, lövhədə olan məlumatlar o qədər solğunlaşıb ki, oxumaq çətindir: “Sərnişinlərdən yaşlısı, gözləri zəif olanı var. Bundan başqa, məlumat lövhəsi yalnız bir yerdə qoyulub. Həmin solğun lövhəni dəyişdirmək, bir neçə yerə yerləşdirmək, avtobusların nömrələrini dayandıqları perrona yazmaq çox çətindirmi? Hər dəfə həmin məkanda hansısa marşrutun harada dayandığını öyrənmək üçün insanlar həm vaxt itirir, həm də stress keçirirlər”.
Xatırladaq ki, “Koroğlu" metrostansiyasının şimal çıxışında olan NMM-i 2019-cu ildə istifadəyə verilib.
Məsələ ilə bağlı sorğunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) cavablandırıb.
Bildirilib ki, hazırda “Koroğlu” metrostansiyasının cənub çıxışında nəqliyyat mübadilə məntəqəsinin yaradılması ilə bağlı işlər yekunlaşmaq üzrədir: “Yaxın günlərdə həmin ərazidə və əvvəldən mövcud olan nəqliyyat qovşağında yeni məlumat lövhələri yerləşdiriləcək. Həmçinin hazırda Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində monitorlarda da marşrutlar barədə məlumatlar nümayiş etdirilir”.
(tns)
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










