Hər şey bir anda oldu, ev uçdu, heçnə görünmürdü, hər yer qıpqırmızı idi - Yaralanmış Gəncə sakini

Ermənistanın növbəti terrorçu hücumu nəticəsində Gəncədə 40-dan çox şəxs yaralanıb.
Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, yaralıların bəziləri Gəncə Təcili Tibbi Yardım stansiyasına gətirilib
Yaralanmış Gəncə sakini Ələddin Bayramov bildirib ki, gecə saat bir idi, yatdığımız yerdə atəş etdilər, gurultu qopdu: "Baş hissəsindən xəsarət aldım, daha sonra isə xəstəxanaya gətirildim. İndi özümü normal hiss edirəm."
Ermənistan atəşi nəticəsində yaralanmış digər Gəncə sakini Vaqif Əliyev isə bildirib ki, hər şey bir anda oldu: "Evin ikincisi mərtəbəsi uçdu, çölə çıxdım, heçnə görsənmirdi hər yer qıpqırmızı idi. Başımdan, əlimdən və ayağımdan yaralanmışam".
Gəncə Təcili Tibbi Yardım stansiyasının həkimi Məharət Kərimov qeyd edib ki, gecə saat 1 radələrində 30 yaxın şəxs müxtəlif xəsarətlərlə xəstəxanaya gətirilib. Lazımi tədbirlər görülüb.
Hazırda şöbədə 2 nəfər nəzarətdə var. Biri əməliyyata hazırlanır. Digər şəxslərin isə vəziyyətini kafi adlandırmaq olar.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI











