Hərbi xidmətə çağırış yaşı 21-ə qaldırılır? - AÇIQLAMA

Hər ölkədə hərbi xidmətə çağırış yaşı, xidmət müddəti və qaydaları fərqlidir. Azərbaycanda hərbi xidmətə çağırış yaşı 18 yaş müəyyən edilib. Zaman-zaman 18 yaşın az olduğu, 20-21 yaşa qədər artırılması ilə bağlı təkliflər irəli sürülür. Məsələn, Türkiyədə hərbi xidmətə çağırış yaşı 21-dir.
Bizdə də bu yaşın qaldırılması mümkündürmü?
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov gələcəkdə bu məsələyə baxıla biləcəyini deyib.
Onun sözlərinə görə, bizdə də hərbi xidmətə çağırış yaşının artırılması mümkündür:
“Azərbaycanın xidmətkeçmə haqqında öz qanunu var. Onun əsasında 18 yaşlı oğlanlar əsgərliyə çağırılır. Təbii ki, gələcəkdə Azərbaycan artıq peşəkar orduya keçəcək. O zaman isə 18 yaşlı əsgərin xidmətinə demək olar ki, ehtiyac olmayacaq. Çünki bizdə bu gün 22-25 yaşlı gənclər var, hansı ki, onlar çox böyük həvəslə orduda xidmət etmək istəyirlər. Çox güman onlara üstünlük veriləcək. Müharibə bitib, hər şey qaydasındadır. Artıq peşəkar orduya üstünlük vermək lazımdır”.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











