Heydər Əliyev Ramiz Mehdiyevi niyə danlamışdı? - Şəxsi fotoqrafı AÇIQLADI

"1996, ya da 97-ci il idi. Prezident Aparatında struktur islahatları aparılanda vəzifəmi dəyişdirdilər. Dəyişiklikdən sonra maaşımda azalma oldu”.
Ukrayna dairəsində qayda pozan sürücü “Mercedes”i vurdu - VİDEO
Avtosfer.az xəbər verir ki, bunu uzun illər Heydər Əliyevin şəxsi fotoqrafı kimi çalışmış Rafiq Bağırov “Yeni Sabah”a müsahibəsində Ümummilli liderlə bağlı xatirələrini bölüşərkən deyib.
“Ulu Öndər mənə demişdi ki, nə problemin olsa, yaxınlaşıb mənə deyərsən. Mən də bundan sonra yaxınlaşıb dedim ki, cənab Prezident, vəzifəmi dəyişdirib maaşımı aşağı salıblar. Soruşdu ki, kim edib? Dedim, Ramiz Mehdiyev əmr verib”.
Rafiq Bağırovun sözlərinə görə, Heydər Əliyev Ramiz Mehdiyevi danlayıb:
“Telefonu götürüb Ramiz Mehdiyevə “sənin Rafiqlə nə işin var? Nə üçün maaşını aşağı salmısan? O mənimlə işləyir, onunla işin olmasın”, - deyib telefonu yerinə qoydu. Çıxanda köməkçisi Tariyel Ağayev dedi ki, Ramiz Mehdiyev səni çağırır. Gəldim Ramiz Mehdiyevin otağına. Məni çox hirsli qəbul elədi. Dedi, sən niyə gedib məndən Prezidentə şikayət eləmisən? Şikayətin varsa, özümə deyərdin. Dedim, siz artıq əmri vermisiniz, sizin yanınıza gəlib nə deyim? Əmrimi dəyişdirdi, amma bir-iki dəfə mənə əngəl yaratmağa çalışdı. Ramiz Mehdiyevin ən pis xüsusiyyətlərindən biri kiminləsə münaqişəsi oldusa, ömrünün axırına kimi bunu unutmaması, kinli olmasıydı. Nə etsən də, kini qalırdı. Bu hadisəyə görə sonuna qədər mənə qarşı kin tutdu”.
Qeyd edək ki, akademik Ramiz Mehdiyev 7 fevral 1995-ci ildən – 23 oktyabr 2019-cu ilədək Prezident Administrasiyasının rəhbəri olub.

Bakıda keçirilən gizli görüşlə bağlı Prezidentdən açıqlama - DSX-dən məlumat istənildi
Azərbaycanın beynəlxalq yükdaşıma sahəsində gəlirləri 3-5 dəfə arta bilər - İQTİSADÇI
Motosikletlə təcili tibbi yardım xidməti necə təşkil edilməlidir? – ELMƏDDİN MURADLI
Çevik iş vaxtı rejimi Bakı küçələrində sıxlıqı azalda bilər? – ƏRŞAD HÜSEYNOV
Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanın Gürcüstandan idxal etdiyi məhsul həcmi niyə artıb? - İQTİSADÇI
Prezident İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib - FOTO
Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır - DİN və MEDİA-dan xəbərdarlıq
Gömrük rüsumları ilə bağlı dəyişiklik: Siyahıya yeni qrup əlavə edildi
Avtobus zolağında sərnişin mindirib-düşürəndə nəyə diqqət edilməlidir? - EKSPERT
Miqrasiya ilə bağlı hansı yeniliklər ediləcək? - DEPUTAT










