“Heydər Əliyevin izində Vətən sevgisi” - DQHİ-da tədbir – FOTO - VİDEO

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Polis Akademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının, Dövlət Gömrük Komitəsinin, Müdafiə Nazirliyinin təhsil müəsissələrinin, Milli Aviasiya, eləcə də Dövlət Dəniz Akademiyalarının, respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, kursant və tələbələri qonaq qismində iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən Hərbi İnstitutda "Şəhidlər Abidəsi"nin önünə gül dəstələri qoyulduqdan sonra konfrans zalında Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiram bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən şəxslər Ulu Öndərin bütövlükdə Yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsində əvəzsiz rolundan danışıblar. Dahi şəxsiyyətin müqəddəs ideyalarının bu gün Prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi tədbirdə xüsusi vurğulanıb.
Tədbir çərçivəsində Daxili Qoşunların Hərbi İnstitutunun təşəbbüsü ilə elan olunmuş “Heydər Əliyevin izində Vətən sevgisi” adlı yazı müsabiqəsinin qalibləri səhnəyə dəvət olunaraq fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş edilib.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI


















