"Həzi Aslanov" stansiyasında təmir nə vaxt başa çatacaq? - RƏSMİ CAVAB

Bu gündən etibarən Bakı Metropolitenində qatarların hərəkətində dəyişiklik olacaq. "Həzi Aslanov" stansiyasında aparılacaq təmir işləri səbəbi ilə sərnişinlər yalnız "Əhmədli" stansiyasına qədər hərəkət edə biləcəklər.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Bakı Metropliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov danışıb.
Onun sözlərinə görə, "Dərnəgül" və "İçərişəhər" istiqamətindən sərnişinlərin öyrəşdiyi "Həzi Aslanov" sözləri yığışdırılacaq.
“Marşrut tablolarında sərnişinlər artıq "Əhmədli" sözü görünəcək. Qatarların hər biri "Əhmədli" stansiyasına qədər hərəkət edəcək. Lakin "Həzi Aslanov" stansiyası faəliyyətdə olacaq. Qatarlar "Cəfər Cabbarlı" - "Xətai" stansiyaları arasında olduğu kimi məkik hərəkət edəcək. Yəni "Həzi Aslanov" - "Əhmədli" arasında qatarlar 10 ərzində dövrə vuracaq. Sərnişinlərimiz bu minvalla ənənəvi qaydada "Həzi Aslanov"dan qatara mindikdən sonra birbaşa şəhər istiqamətində hərəkət edə bilməyəcəklər. Stansiyasının və dalan hissəsinin təmir işləri uzunmüddətli olacaq. Hazırda başlanacaq işlər dalan hissəsində olacaq. Faktiki olaraq dalan sökülərək yenidən inşa olunacaq. Bu səbəbdən 1 il yarım 2 il ərzində təkcə dalan hissədə işlər davam edəcək. Lakin bu müddət ərzində qeyd etdiyim minvalla sərnişinlərin daşınması təmin olunacaq”, - o, İTV-yə bildirib.
Qeyd edək ki, "Həzi Aslanov"da aparılacaq təmir işləri ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 11, 43,51 və 57 nömrəli müntəzəm avtobus marşrutlarının iş saatları uzadılır. Bu gündən həmin avtobuslar səhər saat 6-dan axşam saat 12-yə dək sərnişinlərə xidmət göstərəcəklər. (Modern.az)
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ












