Hikmət Hacıyev: "Azərbaycan Ordusu Xankəndində yalnız hərbi obyektləri bombalayır"

Kanadanın “The Globe and Mail” qəzetində Mark Makkinnonun müəllifliyi ilə “Ermənistan və Azərbaycan Dağlıq Qarabağ uğrunda döyüşlərə başlayır” başlıqlı məqalə dərc edilib.
"Report" xəbər verir ki, məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirlərinə yer verilib.
Gəncəyə hücumların Ermənistan ərazisindən həyata keçirildiyini qeyd edən H.Hacıyev Dağlıq Qarabağın hüdudlarından kənarda münaqişənin zonasının genişlənməsi təhlükəsinin olduğunu xüsusilə vurğulayıb. Eyni zamanda, Azərbaycanın su anbarı və elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinin də hədəfə alındığını bildirib.
H.Hacıyev Ermənistanın öz ərazilərindən Azərbaycanın mülki vətəndaşlarına hücum etməsinin münaqişəyə əlavə daha təhlükəli bir ölçü əlavə etdiyini vurğulayıb.
“Atəşkəs çağırışı, həmçinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair çağırışlar ciddi bir mesajla, ciddi siyasi mesajla müşayiət olunmalıdır", - qeyd edib.
Eyni zamanda o, Azərbaycan hərbçilərinin Xankəndi və onun ətrafındakı yalnız hərbi obyektləri hədəf aldığını bildirib.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO












