Hikmət Hacıyev: “Azərbaycan və Gürcüstan arasında problemli məsələlər yoxdur”

“Azərbaycan və Gürcüstan arasında problemli məsələlər mövcud deyil”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gürcüstanın “Mtavari arxi” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstanı dost ölkə hesab edir: “Biz bilirik ki, Gürcüstanda da Azərbaycanla bağlı belə düşünürlər. Gürcüstan və Azərbaycan arasındakı əməkdaşlıq regional əməkdaşlığın ən yaxşı nümunələrindən biridir. Bu əməkdaşlıq həm gürcü, həm də Azərbaycan xalqı üçün faydalıdır”.
H.Hacıyev iki ölkə arasında aktiv siyasi münasibətlərin də olduğunu deyib: “Buna görə də hesab edirəm ki, Keşikçi dağı tarixi abidəsi barədə məsələ məhz bu kontekstdə həll olunmalıdır. Ümid edirəm ki, gürcü və azərbaycanlılar müdriklik göstərərək bütün məsələlərin həllinə dialoq yolu ilə nail olacaqlar”.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO












