Hikmət Hacıyev: “Düşmənin mülki əhalimizə təhlükə yaradan hərbi hədəflərini neytrallaşdırdıq”

“Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı raketlər, “Smerç”dən istifadə edir”.
Avtosfer.az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cəbhədə baş verən hadisələrlə bağlı brifinqdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda atəşkəs kobud şəkildə pozur:
“Bununla Ermənistan münaqişəni daha da artırır. Hazırda münaqişə öz ərazisindən kənara çıxır. Çünki Ermənistan münaqişə zonasından kənarda yerləşən əraziləri atəşə tutur. Eyni zamanda, onlar Ermənistan ərazisindən də Azərbaycanın şəhərlərini atəşə tuturlar”.
H.Hacıyev qeyd edib ki, Azərbaycan mülki əhalisinin təhlükəsizliyini təmin edir:
“Bu addım beynəlxalq qanunlara uyğundur. Bildiyiniz kimi, beynəlxalq qanunlara əsasən, təhlükəsizliyi təmin etmək üçün hərbi hədəfləri vurmaq hüququna malikik.
Biz bundan əvvəl gördük ki, Ermənistan mülki əhalisini hədəf alır, xeyli sayda mülki əhali həlak olur. Bu hadisənin təkrarlanmaması üçün Azərbaycan təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırıb”.
Nərminə
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












