Hikmət Hacıyev: "Ermənilər Azərbaycanın dinc sakinlərini atəşə tutur"

“Pakistan hələ 90-cı illərin əvvəllərində Ermənistanla hərbi münaqişənin başladığı bir vaxtda Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki mövqeyini dəstəkləyirdi. Azərbaycana qarşı işğal siyasəti yeridən, dinc əhalisini öldürən Ermənistanla Pakistanın indiyədək diplomatik əlaqələri yoxdur”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın “Geo News TV” kanalına açıqlamasında dilə gətirib.
“2020-ci ilin 27 sentyabr tarixində Ermənistan yenidən Azərbaycana qarşı təxribat törədəndə də Pakistan Azərbaycanı, onun ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyini dəstəkləyən ölkələr arasında oldu. Vəziyyət hələ də gərgindir. Ermənistan Azərbaycanın dinc sakinlərini atəşə tutmağa davam edir. Azərbaycan Ordusu düşmənin hərbi hədəflərini məhv edərək vətəndaşlarının təhlükəsizliyini təmin etmək, ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatına başlayıb”, - deyən H.Hacıyev Ermənistanın hazırda təlaşa qapılaraq cəbhə xəttindən uzaqda yerləşən dinc şəhərləri də atəşə tutduğunu qeyd edib.
“Azərbaycan 30 ildir bu münaqişəni sülh yolu ilə həll prosesinə cəlb olunub. Təəssüf ki, Ermənistanın işğalçı siyasəti, mövcud vəziyyəti daha da gücləndirmək istəyi üzündən bu məsələdə hər hansı irəliləyişə nail ola bilmədik. Beynəlxalq vasitəçilərin də səyləri kifayət etmədi. Nəticədə vəziyyətin növbəti dəfə gərginləşməsinin şahidi olduq. Onlar tərəfindən danışıqlar prosesini sadəcə danışıq xatirinə uzatmaq cəhdləri göstərilirdi”, - deyə H.Hacıyev fikrini tamamlayıb.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












