Hikmət Hacıyevdən ermənilərin hərbi cinayətlərinə hüquqi qiymət verilməsi ilə bağlı AÇIQLAMA

“Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüz siyasəti çərçivəsində müharibə, hərbi və insanlıq əleyhinə cinayət əməlləri törədilib. Bu, bilavasitə Ermənistanın hərbi siyasi rəhbərliyi tərəfindən Azərbaycanın işğal altında olan ərazilərində “qondarma rejim” kimi təqdim edilən və guya həmin rejimin rəhbərliyinin təmsil olunduğu şəxslər tərəfindən həyata keçirilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsi Ermənistana qarşı işə hüquqi müstəvidən yanaşdıqda Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərində “qondarma rejim”in tam nəzarət həyata keçirdiyi və bu rejimin fiziki, maliyyə, hərbi və digər sahələrdə mövcudluğunun Ermənistan tərəfindən təşkil olunduğu təsbit edilib:
“Bu gün hərbi əməliyyatların gedişi də açıq şəkildə göstərir ki, ermənilərin silahlı qüvvələri Azərbaycana qarşı hərbi təcavüz həyata keçirirlər. Onların mülki əhalimizi öldürməsi halları da növbəti dəfə daha da əsaslandırılmış şəkildə Ermənistanın məsuliyyətini təsbit edir”.
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO











