Hökumətdən yeni QƏRAR: Azərbaycanda ət ucuzlaşacaq - VİDEO

Ölkəmizdə ətin qiymətinin düşməsi, ən azından sabit qalması üçün müvafiq addımlar atılır. Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, baytarlıq pasportunun alınması tələb olunmayacaq. Bu, təsərrüfat sahibləri üçün 20 manat qənaət deməkdir. Əlavə qanunlara da dəyişiklik edilməsi nəzərdə tutulur.
Ölkəmizdə ət ucuzlaşacaq. Avtosfer.az xəbər verir ki, bunun baş verməsi üçün Nazirlər Kabineti müvafiq qərar qəbul edib. "Hər bir heyvan və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması qaydası"nda dəyişikliklər edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Yeni qərarala bu sahədə müasir texnologiyalardan istifadə edilməklə vahid sənədləşmənin tətbiq olunması və beləliklə, bir heyvan üçün tələb olunan xərclərin azaldılması təmin edilib. Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyevanın sözlərinə görə, rüsumun ləğvi heyvan ətinə çəkilən xərcin azalmasına səbəb olacaq. Bundan başqa, hökumətin "dövlət rüsumu haqqında" və "baytarlıq haqqında" qanunlarda da dəyişiklik edilməsi təklifi ilə çıxış etdiyi bildirilir. Layihə qəbul edildikdən sonra bir heyvan üçün çəkilən rüsum xərci 5 manat da azalacaq. Baytarlıq pasportunun ləğvi və nəzərdə tutulan dəyişikliklərdən sonra bir heyvan üçün maliyyə yükü 25 manat azalacaq. Nəticədə 10 kiloqramlıq qoyun ətinin hər kiloqramı üzrə maya dəyəri 2 manat 50 qəpik, 15 kiloqramlıq qoyun ətinin hər kiloqramı üzrə isə maya dəyəri təqribən 1 manat 66 qəpik azalacaq.QR Aysel Fərziyeva deyir ki, yeni qərar identifikasiya sisteminin ölkə ərazisində tətbiqini də asanlaşdıracaq. Qeyd edək ki, bu qərar və dəyişikliklər antiinflyasiya tədbiri kimi ən azı heyvan əti satışında qiymətlərin sabit qalmasına təsir edə bilər.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












