Horadiz-Ağbənd dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinin 67 faizi yekunlaşıb - FOTO

İşğaldan azad olunmuş ərazilərdə dəmiryol infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Məlumata görə, Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb. Hazırda xəttin 75-106 km hissəsində torpaq işləri və mühəndis qurğularının inşası aparılır. Qeyd olunur ki, layihə çərçivəsində Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının tikintisi nəzərdə tutulur. Bundan başqa, dəmir yolu xətti boyunca 40 körpünün, 26 avtomobil keçidinin, 4 tunelin, 3 qalereyanın, istinad divarlarının - ümumilikdə 553 mühəndis qurğusunun tikintisi həyata keçiriləcək.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT














