IATA: "Aviaşirkətlər 2022-ci ilədək müsbət pul axınına qayıda bilməyəcək"

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozlarına görə, dünya aviaşirkətləri 2022-ci ilədək müsbət pul axınına çıxa bilməyəcək.
Bunu IATA-nın baş direktoru Aleksandr de Junyac mətbuat brifinqində açıqladı.
IATA-nın hesablamalarına əsasən, cari ilin II rübündə aviaşirkətlər xərclərini 50%-dən çox azaltsa da, fəaliyyətin davam etdirilməsinə 51 mlrd. ABŞ dolları yönəldiblər, halbuki aviaşirkətlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 80% azalıb. Bundan başqa, cari ilin ikinci yarısında əməliyyatların bərpa olunmasına baxmayaraq, aylıq mənfi pul axınının təxminən 77 mlrd. dollara çatacağı gözlənilir ki, bu da ayda 13 mlrd. dollar və ya dəqiqədə 300 min dollara bərabərdir.
"Aviasiya sənayesinin tədricən bərpası onu deməyə əsas verir ki, şirkətlərin gələn il xərcləri orta hesabla 5-6 mlrd. dollar təşkil edəcək ki, bunun nəticəsində 2021-ci ildə 60-70 mlrd. dollar dəyərində mənfi pul axını yaranacaq. Yay mövsümündə əldə edilən pul vəsaitləri qış aylarında aviaşirkətlərin fəaliyyət göstərməsinə yardım edir. Bu il fəlakətli yaz və yay ayları, təəssüf ki, təhlükəsizlik yastığı yarada bilməyib", - deyə A. de Junac vurğulayıb. (APA)
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO











