İcra başçısının oğlunun 200 minlik «oyuncağı»- FOTO

İcra başçılarından birinin oğlu 200 min ABŞ dollarına aldığı “Chevrolet Camaro SS” idman maşını ilə görüntülənib. Avtosfer.az-ın məlumatına görə, məmur oğlu “90 RT 090″ dövlət nömrə nişanlı “Camaro” avtomobilini Amerikadan gətizdirib. O, daha sonra maşını Yasamal rayonunda yerləşən “Chevrolet” avtomobillərinin ölkəmizdə olan dilleri “Performance Center”də tuning etdirib. Maşının tuning olunmasında məşhur “Diamond” tuning atelyesi də iştirak edib. İcra başçısının oğlu bahalı avtomobilini nümayiş etdirmək üçün video sujet hazırlatdıraraq “Youtube” video portalına y&uuuuml;kləyib. Görünür məmur oğlunun ölkə başçısı İlham Əliyevin müşavirələrdə məmurlar və onların övladları ilə bağlı səsləndirdiyi sərt fikirlərdən xəbəri yoxdur.
Ölkə başçısı keçirdiyi müşavirələrdə dəfələrlə nazir-məmur və onların qudurğan övladlarına hiddətlənərək sərt xəbərdarlıq edib: “Onların güvəndiyi adamları mən təyin etmişəm, mən də çıxaracağam, lazım bildikdə. Əgər bilsəm ki, kiminsə ailə üzvü, hardasa xuliqanlıq edib, nadanlıq edir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Qeyd edək ki, bir neçə ay öncə bahalı avtomobillərini nümayiş etdirən Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyev oğlu Elvin Nəbiyevə görə işdən qovulub. Elvin Nəbiyevin “facebook” səhifəsində bahalı avtomobillərinin şəklini paylaşması o vaxt mətbuatda geniş müzakirələrə səbəb olmuşdu.
MediaPost.az yaxın günlərdə 200 min ABŞ dolları dəyərindəki “Chevrolet Camaro SS” in hansı icra başçısının oğluna aid olduğu ilə bağlı məlumatı oxucuları ilə bölüşəcək.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sözügedən avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin məlumat bazasında Alişan Nizami Akif oğlunun adına qeydiyyatdadır.
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO












