İlham Mirzəyev barəsində 2 ay müddətinə həbs

Nərimanov Rayon Məhkəməsində tanınmış teleaparıcı İlham Mirzəyevlə bağlı məhkəmə prosesi keçirilib. Teleaparıcının vəkili Xanlar Ələkbərzadə APA-ya açıqlamasında məhkəmənin onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçməsi barədə qərar çıxardığını deyib. X.Ələkbərzadə bildirib ki, İ. Mirzəyev məhkəmədə ona qarşı irəli sürülən ittihamla razılaşmadığını, dələduzluğa yol vermədiyini açıqlayıb. Vəkilin sözlərinə görə, teleaparıcı deyib ki, başına gələn bu olayda 5 ay əvvəl haqqında şikayət etdiyi və hazırda işinə Yasamal Rayon Məhkəməsində baxılan Asif Əliyev adlı şəxsin yaxınlarından şübhələnir: “İlham Mirzəyev ölümlə hədələndiyi, döyülərək xəsarət aldığı üçün şikayət edib və Yasamal Rayon Məhkəməsində baxılan işlə əlaqədar prokuror bu günlərdə Asif Əliyevin 5 il azadlıqdan məhrum edilməsini istəyib. İlham Mirzəyev bu məsələdə də bilavasitə həmin müdafiə tərəfindən şübhələnir”.
Qeyd edək ki, İ. Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Bildirib ki, İ. Mirzəyev vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq tutulub.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












