“İnfiniti” yandı: 1 ölü, 1 yaralı

Ağsu rayonunda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə ötən gecə Ağsu-Göylər avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb. Ağsu rayonunun Cəfərli kənd sakini, 1991-ci il təvəllüdlü Faiq Məmmədovun idarə etdiyi “İnfiniti” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü Faiq Məmmədov dünyasını dəyişib, sərnişini - rayonun Qaraqaşlı kənd sakini, 23 yaşlı Famil Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı zərbənin təsiri nəticəsində avtomobil yanaraq yararsız vəziyyətə düşüb. Hadisə ilə bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












