İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA

İnfluenserlik və bloqerlik fəaliyyətinin sahibkarlıq fəaliyyəti kimi tanınması bu sahədə gəlirlərin rəsmiləşdirilməsi və vergi öhdəlikləri məsələsini yenidən gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, yeni yanaşmanın bloqer və influenserlərin vergiyə cəlb olunmasına, gəlirlərinin şəffaflaşdırılmasına və reklam bazarında qiymətlərin formalaşmasına necə təsir edəcəyi maraq doğurur. Bəs influenserlik və bloqerliyin sahibkarlıq fəaliyyəti kimi tanınması bu sahədə gəlirlərin rəsmiləşdirilməsinə və vergidən yayınmanın qarşısının alınmasına necə təsir göstərəcək?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, influenserlik və bloqerlik onsuz da əvvəldən sahibkarlıq fəaliyyəti hesab olunurdu:

"Yəni burada hər hansı bir dəyişiklik yoxdur, sadəcə fəaliyyət üzrə kod müəyyənləşdirilib. Bunların vergi öhdəliyində də hər hansı dəyişiklik baş verməyib. Əvvəldən hansı vergini ödəməli idilərsə, indi də həmin vergini ödəməlidirlər. Kim yayınmaq istəyirsə və buna imkan tapırsa, onsuz da vergidən yayınacaq. Yəni siz pul qazanırsınızsa, bunun hansı fəaliyyət hesabına olması – öz ağlınızla, gözəlliyinizlə, bacarığınızla və ya başqa yolla fərq etmir. Pul qazanan şəxs vergi ödəməlidir. Məsələn, JEK-də çalışan, səhər saat 6-da işə gələn və 400 manat maaş alan insanlar da vergilərini ödəyirlər. Həmin məbləğin hamısı onların əlinə keçmir. Yəni kiminsə hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, gəlir əldə edirsə, Vergi Məcəlləsinə uyğun şəkildə vergi ödəməlidir. Bir şəxsdə sadələşdirilmiş vergi sistemi tətbiq oluna bilər, digəri mənfəət vergisi üzrə bəyannamə təqdim etməli ola bilər. Müxtəlif fəaliyyət sahələri üzrə hesabat formaları, hesabat dövrləri və faiz dərəcələri fərqlənir".
İqtisadçı qeyd edib ki, influenserlik və bloqerliklə bağlı isə hər hansı yeni vergi öhdəliyi yaranmayıb:
"Əvvəldən hansı kateqoriyada idilərsə və nə qədər vergi ödəməli idilərsə, indi də həmin qaydada vergi ödəməlidirlər. Sadəcə olaraq, fəaliyyətə ayrıca kod verilə və fəaliyyətin adı müvafiq siyahıya əlavə edilə bilər. Kim əvvəllər vergidən yayınırdısa, indi də yayınmağa çalışa bilər. Amma bu, qanunsuzdur və sonradan cərimə və digər məsuliyyətlər yarada bilər. Vergi qalxacaq məsələsinə gəlincə, dediyim kimi, burada hər hansı dəyişiklik yoxdur. Qiymət məsələsinə gəldikdə isə, qiymətlər bazarda formalaşır. Bu, rəqabətdən və həmin bloqerin populyarlığından asılıdır. Hansısa bloqer qiyməti qaldıra bilər, hansısa qaldıra bilməz və ya qiyməti endirə bilər. Bu, su, benzin, qaz və ya işıq kimi məcburi alınan məhsul deyil. Burada qiymət bazardakı rəqabətdən, həmin şəxsin nüfuzundan və sahibkarın ondan əldə edəcəyi faydadan asılı olaraq formalaşır".
Fatimə
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO










