İranda ağır yol qəzasına düşən azərbaycanlı zəvvarların hamısı vətənə dönüb

Ötən gün İranın Ərdəbil vilayətində qəza keçirən azərbaycanlı zəvvarların hamısı vətənə dönüb. APA-nın İranın “Səhər” telekanalına istinadən verdiyi məlumata görə, məsələ İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin işə qarışması ilə öz həllini tapıb. Belə ki, Azərbaycanın Biləsuvar sərhəd-keçid məntəqəsində pasportları yanmış 9 zəvvara ölkəyə qayıtmağa icazə verilməyib və onlardan Azərbaycanın İrandakı səfirliyi vasitəsilə yeni pasport almaları üçün Tehrana getmələri istənilib. Bu səbəbdən digər zəvvarlar ölkələrinə qayıtsalar da, qalan 9 nəfər İranın Biləsuvar sərhəd-keçid məntəqəsində gecələmək məcburiyyətində qalıblar. İranın Azərbaycandakı səfirliyi həmçinin zəvvarlara kompensasiya ödənəcəyini açıqlayıb.
Qeyd edək ki, aprelin 13-də azərbaycanlı zəvvarları daşıyan sərnişin avtobusu Ərdəbil vilayətində, Sərçəm-Ərdəbil yolunun 95-ci kilometrliyində Bakı vaxtı ilə saat 04:15-də qəzaya uğrayıb. Hadisə Azərbaycan vətəndaşlarının Kərbəla və Məşhəd ziyarətindən qayıtdıqları zaman baş verib. Qəza nəticəsində yanğın baş verən “Scania 86” markalı avtobusda 42 sərnişin olub. Onlar dərhal avtobusdan təxliyə olunub. Zəvvarlardan 6 nəfəri yüngül bədən xəsarətləri aldığı üçün xəstəxanaya çatdırılıblar və ilkin tibbi müayinədən sonra Ərdəbilə aparılaraq Azərbaycana yola salınıblar.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












