İrandan Azərbaycana 23 kilo tiryək gətirərkən tutuldular

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bir qrup şəxsin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik maddə gətirməsi və satmaq istəməsi barədə polisə məlumat daxil olub. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi Cənub Regional Şöbəsinin əməkdaşları dərhal əməliyyat axtarış tədbirlərinə başlayıb. İran İslam Respublikasının vətəndaşları 41 yaşlı Adil Nazimi və 36 yaşlı Rza Səidi şübhəli şəxs qismində saxlanılıblar. Onlardan xüsusi bağlamalarda ümumi çəkisi 23 kiloqram olan tiryək, 1 ədəd gecəgörmə cihazı, kəlbətin, əlcək və digər vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər əməllərini etiraf edərək bildiriblər ki, narkotik maddəni ölkəmizə satmaq məqsədi ilə gətiriblər. İstintaqla müəyyən edilib ki, 23 kiloqram tiryək 30 min Amerika dollarına satılmalı imiş. Gecə saatlarında qaçaqmalçılıq yolu ilə ölkəmizə gələn Adil Nazimi ilə Rza Səidi narkotik maddəni gizlədərək əvvəlcədən tapdıqları müştərini gözləyiblər. Bu zaman əməliyyata başlayan polis əməkdaşları onları ələ keçiriblər. Faktla bağlı cinayət işi açılıb, istintaq narkotik maddənin mənbəyini araşdırır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı














