İcra başçısı köməkçisinin törətdiyi qəzanı gizlədib? - DİN-dən açıqlama

Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin köməkçisi Ülvi Əliyevin sərxoş vəziyyətdə qəza törətdiyi iddia olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyeva məlumat paylaşıb. O bildirib ki, Ülvi Əliyev bir neçə gün öncə Qaradağlı kənd sakini Hazar Əliyevi maşınla vurub.
Hadisə Bakı-Qazax yolundan Dəliməmmədli şəhərinin girişinə gedən hissədə, “Tac” şadlıq sarayının qarşısında baş verib. İnsident nəticəsində Hazar Əliyev hər iki ayağından ciddi xəsarət alıb və əməliyyat olunub. Hazırda onun vəziyyəti ağırdır.
İddialara görə, hadisə icra başçısı tərəfindən gizli saxlanılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, noyabrın 27-də Goranboy rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 15 yaşlı H. Əliyevin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilməsi barədə məlumat daxil olub:
“Məlumatla əlaqədar polis əməkdaşları dərhal azyaşlını ziyarət ediblər. Hazar Əliyev və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək”.
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO












