“İcra hakimiyyətinin bu siyasəti sovet dövründən qalıb” – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO

Paytaxtın bəzi rayonlarında vətəndaşlar qarlı hava səbəbilə yolların, xüsusilə də səkilərin bərbad vəziyyətilə əlaqədar narazılıqlarını bildiriblər.
Avtosfer.az xəbər verir ki, Bakının Nizami rayonunda yaşayan sakinlərdən biri redaksiyamıza analoji vəziyyətlə bağlı şikayət ünvanlayıb.
Belə ki, rayonun Naxçıvani və Elşən Süleymanov küçələrindəki vəziyyətin görüntülərini saytımıza göndərən vətəndaş bildirir ki, 3 gün əvvəldən başlayan qar səkilərdə hərəkəti çətinləşdirib:
“Bura “Məlhəm Hospital”ın yanıdır, hər yer buz bağlayıb. Biz cavan adamlarıq, necəsə irəliləyib gedəcəyik. Axı camaat ailə ilə, uşaqla hərəkət edir, necə keçəcək bu küçələrdən? Bu Nizami Rayon İcra Hakimiyyəti, ya bələdiyyə, hara baxır, nə iş görür? Bir nəfər burda sürüşsə, yıxılsa, beli qırılacaq, travmatologiyalıq olacaq.
Baxın, Bura Elşən Süleyamanov küçəsidir. Bilirəm ki, irəlidə piyada keçidi var, ora getmək istəyirəm. Mən necə gedim ki, ağzımla yerdəki qarı qaşımayım? Elə bil, bura yaddan çıxmış bölgədir. Pilləkənləri başa düşürük ki, sahibkarlar özləri eləməlidir. “Hərə öz obyektinin qarşısını təmizləməlidir” siyasəti sovet dövründə qalıb, çıxın da bu düşüncədən”.
Nizami rayon sakininin çəkdiyi həmin görüntüləri sizə təqdim edirik:
Səfər
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












