İcra hakimiyyətləri ləğv olunur? — Deputat açıqladı

Son günlərdə bir sıra icra hakimiyyətlərinin strukturunun ləğv edilməsi xəbərləri ictimaiyyətdə geniş maraq və müzakirələrə səbəb olub. Bu dəyişikliklər dövlət idarəçiliyində səmərəliliyi artırmaq, bürokratiyanı azaltmaq və qərarqəbuletmə proseslərini daha çevik etmək məqsədilə həyata keçirilir. İcra hakimiyyətlərinin funksiyalarının digər dövlət qurumlarına verilməsi və onların səlahiyyətlərinin tədricən məhdudlaşdırılması kimi interpretasiyalar da mövcuddur. Bu proses, həmçinin yerli idarəetmədə islahatların davamlılığı, resursların daha səmərəli istifadəsi və vətəndaşlara xidmətin keyfiyyətinin artırılması baxımından da diqqət mərkəzindədir. Maraqlıdır ki, gələcəkdə bu dəyişikliklər davam edəcək, yoxsa icra hakimiyyətlərinin rolu daha da azaldılacaq və ya tamamilə ləğv olunacaq. Avtosfer.az bildirir ki, bu barədə Milli Məclisin deputatı Razi Nurullayev Demokrat.az-a açıqlama verib.
O bildirib ki, bütün qərarlarda vətəndaş mərkəzdə olmalıdır:
“Dövlət strukturu vətəndaşın işini asanlaşdırmırsa, ona əlavə maneə yaradırsa, deməli, orada problem var. Təəssüf ki, elə icra qurumları mövcuddur ki, formal olaraq varlar, amma real fayda vermək əvəzinə, prosesləri ləngidir, məsuliyyəti yayındırır və vətəndaşı qapı-qapı salır. Belə strukturların varlığı bəzən yoxluğundan daha çox problem yaradır. İslahatların məğzi də məhz bu olmalıdır ki, vətəndaşa yük olan, nəticə verməyən mexanizmləri azaltmaq, funksional, şəffaf və cavabdeh idarəetmə modelinə keçmək. Dövlət idarəçiliyi vəzifə bölgüsü ilə yox, nəticə ilə ölçülməlidir”.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












