İctimai nəqliyyat sistemi metrosuz necə işləyib? - VİDEO

“Sonuncu sərt karantin rejimi vaxtı, yəni iyulun 6-sından sentyabrın 14-nə qədər Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti tam olaraq dayandırılmışdı. Bu zaman şəhərimizdə əsas sərnişindaşımaları müntəzəm və ekspress xətt avtobusları ilə icra olunurdu. Təxminən 72 gün ərzində Bakı şəhərinin bütün sərnişindaşıma tələbatı müntəzəm və ekspress avtobuslarla icra olunub. Bu müddət ərzində sərnişindaşımaların təşkilinə Bakı Nəqliyyat Agentliyinin (BNA) 150 nəfərdən artıq əməkdaşı cəlb olunmuşdu”.
Bu sözləri “Report”a açıqlamasında BNA-nın mətbuat katibi Mais Ağayev deyib. “72 gün ərzində daşımaların təşkili zamanı hər hansı ciddi narahatlıq doğuran hal müşahidə olunmadı, ümumiyyətlə sərnişinlərimizin xəsarət alması ilə nəticələnən hansısa yol-nəqliyyat hadisəsi qeydə alınmadı. 72 gün ərzində müntəzəm və ekspress xətlər üzrə 72 milyon 500 min sərnişin səfər sayı qeydə alınıb ki, bunun da təxminən 3 milyon 500 mini məhz ekspres xətlərlə icra olunub”, - M.Ağayev əlavə edib.
BNA rəsmisi bildirib ki, avqust ayından sərnişin sayında artım olub: “Ötən ayda mərhələli şəkildə karantin rejimində yumşalmalar ediləndən sonra mütəmadi olaraq sərnişin tələbatında artım müşahidə olunurdu. Hər həftə sərnişin səfər sayında yüz minə yaxın artım qeydə alınırdı. Məsələn, avqustun sonlarına yaxın gündəlik 1 milyon 600 min sərnişin səfər sayı qeydə alırdıqsa, sentyabrın əvvəlində bu rəqəm 1 milyon 900 min, sentyabrın ilk 10 günlüyündə 2 milyon sərnişin səfər sayına çatmışdı. Bunun özü də bir rekord göstərici idi. Bu 72 gün ərzində gündəlik xəttə çıxan avtobusların sayında da rekord göstərici var idi. Adi ay rejimində xətlərə maksimum 1400 avtobus çıxardırdıqsa, pandemiya ilə əlaqədar gündəlik xəttə 2 260 avtobus çxıarılırdı ki, bunun özü də br rekord göstərici idi”.
Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT
Avropa Komissiyasının Prezidenti Bakıya niyə gəlib? - AÇIQLAMA
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır
Regional Bağlantı İnvestisiya Konfransı Bakıya nə qazandıracaq? – EKSPERT
Arzum məhkəmə zalında HƏBS EDİLDİ - FOTO
Azərbaycanın 108 il keşiyində xidmət - 2 İyul “Polis günü”
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ










