İctimai nəqliyyatda QR kodla ödənişin müddəti NİYƏ AZALDILIB? – RƏSMİ AÇIQLAMA

Bir neçə aydır “Bakıkart” tətbiqi işləmir. Sərnişinlər m10 elektron pulqabının “BakıKART” ilə əməkdaşlığı çərçivəsində Bakı və Abşeronun metro və avtobuslarında QR kod ilə ödəniş edə bilirlər. Lakin tətbiqdə gediş biletinin aktivolma müddəti beş dəqiqədən bir dəqiqəyə endirilib. Hazırda metro və avtobuslardakı sıxlığı nəzərə alsaq, avtobusa minmə halları bir dəqiqədən çox çəkə bilir və bu zaman biletin müddəti bitir. Bileti öncədən aktiv etmiş şəxslər ödənişi itirməmək üçün ictimai nəqliyyata sürətlə minməyə cəhd edirlər ki, bu da sıxlıq yaradır.
Bəs müddətin endirilməsinə səbəb nədir?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı “Bizim.Media”ya cavab olaraq, pulqabının məxsus olduğu "PashaPay" şirkətinin PR meneceri Aygün Əliyeva deyib ki, hazlrda təkmilləşdirmə işləri aparılır:
“Təkmilləşdirmə işləri yeni problemlərin yaranmaması, insanların çətinlik çəkməməsi üçün aparılır. Bəzi xoşagəlməz hallar oldu, onun qarşısını almaq üçün bunu eləmişik. “Bakıkart”-ın özündə problemin olması da bizə əlavə çətinlik yaradır. Təkmilləşdirmədən sonra hər şey əvvəlki qaydasına dönəcək”.
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA











