İdarə etmədiyi avtomobilə cərimə yazıldı: Sakin şikayətçidir - VİDEO

Avtomobili idarə etmədiyi halda sürücüyə yüksək sürətə görə elektron protokol tərtib edilib.
Məlumata görə, hadisə paytaxt sakini Şahin Nağıyevin başına gəlib.
Sürücü iddia edir ki, onun telefonuna sürət həddini aşdığı üçün radara düşməsi ilə bağlı SMS gəlib. Amma cərimə protokolunda onun deyil, başqa avtomobil əks olunub.
Sürücü bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ''902'' qaynar xəttinə məlumat verib. Şahin Nağıyev onu da iddia edir ki, həmin avtomobilin sürücüsü dövlət qeydiyyat nişanına müdaxilə edib.
Sürücünün iddiaları ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik.
İdarədən bildirdilər ki, sürücünün onlara etdiyi şikayət araşdırılıb.
Bildirilib ki, həmin cərimə xətanı törədən sürücüyə yönləndirilib.
Ətraflı videomaterialda:
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












