İdarə rəisi iki gün əvvəl "Cloudflare" səbəbindən saytlarda yaranan problemdən DANIŞDI

"Azərbaycanda rəqəmsal sahədə yerli məhsulların yaradılması və rəqəmsal suverenliyimizin gücləndirilməsi ölkə Prezidentinin informasiya təhlükəsizliyi strategiyasında da əsas prioritetlərdən biri kimi müəyyən edilib".
Avtosfer.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Bakıda kibertəhlükəsizlik mövzusunda keçirilən tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.
O qeyd edib ki, ölkə olaraq yerli məhsulların yaradılmasının və rəqəmsal suverenliyin vacibliyini cəmi iki gün əvvəl baş vermiş insidentdə bir daha gördük:
"Belə ki, 9 mindən çox ölkə resursunun fəaliyyətinin dayanmasını sadəcə "Cloudflare hadisəsi" kimi qiymətləndirmək düzgün olmazdı. Bu, xüsusilə özəl sektorun xarici asılılığı və rəqəmsal suverenlik məsələsidir. Təsirlənən resursların böyük qismi media resursları idi ki, bu da informasiya müharibəsinə hazırlığımızı bir daha qiymətləndirməyimizə işarə edir".
O deyib ki, lokal həllərin tətbiqi ucuz deyil və böyük maliyyə tələb edir:
"Lakin dövlətimizin apardığı uğurlu siyasət və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strategiyası ondan ibarətdir ki, təhlükəsizlik imkanları mümkün olduğu qədər lokal şəkildə həll olunsun və yerli mühafizəyə üstünlük verilsin. Bu, bizim əsas prioritet istiqamətlərimizdən biridir. Son üç il ərzində bir neçə dövlət qurumunun "Cloudflare" kimi xarici provayderlərə trafik ötürməsi və trafikin xaricdə təmizlənməsi hallarının qarşısı alınıb, həmin qurumların mühafizəsi "Azstate" şəbəkəsi vasitəsilə həyata keçirilib".
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












