İkinci əl avtomobillərin təkrar satışı ilə yaranan ƏDV öhdəlikləri müzakirə edilib - FOTO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində 2-ci əl avtomobillərin təkrar satışı hesabına yaranan ƏDV öhdəlikləri müzakirə edilib.
Avtosfer.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, müzakirələr Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsi, İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsi və avtomobil dilərlərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə baş tutub.
Tədbirdə "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyi avtomobil bazarının cari vəziyyəti barədə statistik məlumatlar səsləndirib. Qanunvericlikdə tətbiq olunan yeni güzəşt mexanizmləri sayəsində son illər elektrik və hibrid mühərrikli avtomobillərin sayında artım olduğu diqqətə çatdırılıb. Görüş zamanı rəsmi dilerlərin avtomobil bazarında mövcud çətinlikləri müzakirə edilib, bu istiqamətdə Türkiyə, Qazaxstan və digər ölkələrin təcrübələri qeyd olunub. Daha sonra kreditləşmə, nisyə qaydada satış və rəsmi dilerlər tərəfindən 2-ci əl avtomobillərin təkrar satışında yaranan ƏDV öhdəlikləri ətrafında məsələlərə toxunulub.
Dövlət Vergi Xidmətinin əməkdaşları vergi qanunvericilyinin bəzi aspektərini izah edib, işitrakçıların suallarını cavablandırıb, gələcəkdə belə görüşlərin davam etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO













