İli köhnə olan avtomobilləri taksi qeydiyyatından keçirmək mümkündür? – RƏSMİ CAVAB - VİDEO

Şəxs iddia edir ki, istehsal ili köhnə olan avtomobili taksi qeydiyyatından keçirir.
Sosial şəbəkələrdə taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün maşınları pul ilə qeydiyyatdan keçirən səhifə açılıb. Hətta ili 1995-96 olan nəqliyyat vasitələrini də qeydiyyatdan keçirə bildiyini deyir. Etdiyi işə tam zəmanət verdiyini də bildirir.
Qeydiyyat edən şəxs deyir ki, müraciət edən vətəndaş ölkəmizdə fəaliyyət göstərən məhşur taksi şirkətlərindən birində çalışa bilər.
Adı çəkilən taksi şirkətindən bildirildi ki, hesabın servislə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, tələblərə riayət etməyən parklarla əməkdaşlığa xitam verilir. Sistemdə avtomobilin yaşını və qanunun tələblərinə uyğunluğunu izləməyə imkan verən tədbirlər mövcuddur.
Ekspertlər isə xəbərdarlıq edirlər ki, hazırda taksi kimi fəaliyyət göstərə bilməyən şəxslər bu yollarla aldana bilərlər.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, köhnə avtomobillərin taksi fəaliyyəti üçün qeydiyyatdan keçirilməsi ilə bağlı sosial şəbəkə hesabları üzərindən yayılan məlumatlar həqiqəti əks etdirmir.
Vətəndaşlara belə elanlara inanmamağı və şəxsi məlumatlarını təqdim etməməyi tövsiyə edirik.
Daha ətraflı videomaterialda.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












