İlin əvvəlindən Orta Dəhliz ilə 87 blok qatar göndərilib

Bu ilin əvvəlindən Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ilə 87 blok qatar göndərilib.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurasının Nəqliyyat siyasəti departamentinin rəhbəri Fariz Əliyev Bakıda “ŞƏT Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, blok qatarlarının mənzil başına çatması müddəti 9-12 gün arasında dəyişib:
“Həmçinin iki ölkə arasında beynəlxalq avtomobil daşımaları üzrə də icazə blankları tətbiq olunub və bu istiqamətdə pilot layihə reallaşdırılıb. Ötən həftə bu layihə əsasında 16 avtomobilin daşınması baş tutub”.
F. Əliyev qeyd edib ki, bundan əlavə Azərbaycanla Çin arasında hava nəqliyyatı ilə də daşınmalar mövcuddur və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün planlar var.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçərək daha sonra Türkiyə və Avropa ölkələrinə uzanır. Ötən il Orta Dəhliz üzrə yükdaşımaların həcmi 65% və ya təxminən 3 milyon ton artıb. 2024-cü ildə bu marşrutla yükdaşımaların 4 milyon tonu keçəcəyi proqnozlaşdırılır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












