İlk aqrar səyyar xidmət Xaçmazda təşkil olunub - FOTO
Gündəm
7 Oktyabr 2020 22:58

Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə başlayıb. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, ilk aqrar səyyar xidmət Xaçmaz rayonunun Müşkür kəndində təşkil olunub. Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər. Fermerlərin xidmətdən istifadə etmək üçün yalnız şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələri kifayətdir.
Mikroavtobuslar növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Səyyar xidmət bölgələr üzrə qrafik əsasında təşkil olunur və xidmətin təşkili barədə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən fermerlərə məlumat verilir.
Qeyd edək ki, səyyar xidmət mikroavtobusları vasitəsilə qrafik üzrə bütün rayonlarda xidmətin təşkili nəzərdə tutulur. Xidmət əsasən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə təşkil olunur.
Oxunub : 1032
DİGƏR XƏBƏRLƏR
26 Sentyabr 2026 12:22
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
26 Sentyabr 2026 11:45
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
26 Sentyabr 2026 10:58
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
26 Sentyabr 2026 09:01
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
25 Sentyabr 2026 20:30
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
25 Sentyabr 2026 17:58
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
25 Sentyabr 2026 15:41
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
25 Sentyabr 2026 12:18
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
25 Sentyabr 2026 11:30
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
25 Sentyabr 2026 11:00
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
25 Sentyabr 2026 08:18
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
24 Sentyabr 2026 19:30
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
ŞƏRH YAZ











