İmişlidə YPX naryadı niyə “miqalka”dan və siqnaldan istifadə edir? - Ekspert

İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı DİN-in yaydığı görüntülərdə YPX avtomobilinin hərəkəti əks olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, görüntülər qəzanın səbəbini aydın göstərir, YPX-nın yolda üstünlüyü üzrə hərəkəti olub:
“Patrul post və marşrutunda xidmət aparan YPX naryadı dislokasiya üzrə səs və sayrışan işıq siqnallarından istifadə edir. Çünki YPX avtomobilinin yolda hərəkət üstünlüyü var və bu qanunla təsbit olunub. Bu hadisədə səs və sayrışan işıq siqnalları ilə hərəkət edən xidməti avtomobilin qarşısına digər nəqliyyat vasitəsinin çıxması faktdır və bunu kimsə inkar edə bilməz. O da məlumdur ki, YPX avtomobilinin qarşısına çıxan “Mercedes” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin heç sürücülük hüququ da olmayıb, 17 yaşı var, dayısına məxsus avtomobillə hərəkət edib. Əlbəttə, bütün bunları istintaq araşdırır”.
“Əgər soruşulursa ki, YPX avtomobili yüksək sürətlə hərəkət etməli deyil, yavaş getməli idi – burda da sual yoxdur. YPX avtomobili səs və sayrışan işıq siqnalları ilə hərəkət etmə hüququ var və bu qanunla təsbit edilib. YPX-nın digər polis naryadları, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xidməti vəzifələrin yerinə yetirilməsi ilə bağlı təxirəsalınmaz əməliyyat tədbirlərdə iştirak etməsi, nəqliyyat vasitələrinin təqib olunması, çağırışa getməsi ola bilər. Bu və ya digər hallarda xidməti avtomobil necə hərəkət etməlidir?! Əminəm ki, bu hadisə ilə bağlı istintaq bütün məqamları araşdırır və ədalətli qərar qəbul olunacaq” - ekspert bildirib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












