“İmzalanan bəyanat Ermənistan üçün aşağılayıcı sənəddir” - Erməni politoloq

"Bu, rüsvayçı razılaşmadır, bu, tam təslim olmaq deməkdir".
Modern.az xəbər verir ki, bu sözləri “Moskovskiy komsomolets” qəzetinə müsahibəsində erməni politoloq Andranik Miqranyan Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları birgə bəyanatı şərh edərkən deyib.
O, Laçın dəhlizinin gediş-gəliş üçün saxlanması məsələsinə toxunaraq bildirib ki, dəhliz Ermənistanın nəzarəti altında qalmır. Razılaşmaya əsasən, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi elan olduğunu xatırladan politoloq qeyd edib ki, Kəlbəcər, Laçın, Şuşa, Ağdam da Azərbaycana qaytarılır, üstəlik, Qarabağ Hadrutu da itirib. “Hər yer qaytarılır. Rusiya sülhməramlıları Ermənistanla Qarabağı birləşdirən beş kilometrlik zolağa müvəqqəti olaraq nəzarət edəcəklər. Sonradan Şuşa kənarından yeni yol çəkiləcək, ancaq bu yol da de-yure Azərbaycanın tərkibində olacaq. Erməni tərəfinin nəzarətində heç nə qalmır - 5 kilometrlik zolaq, o da hüquqi cəhətdən Azərbaycanın ərazidir”, - deyə o bildirib.
Erməni politoloqu qeyd edib ki, imzalanan bəyanat razılaşma deyil, Ermənistanın total təslim olmasını əks etdirən aşağılayıcı sənəddir. Naxçıvana Ermənistandan keçən quru yolunun razılaşmaya daxil edilməsini isə politoloq “ümumiyyətlə fəlakət” adlandırıb.
Andranik Miqranyan Paşinyanın harada gizləndiyinin hələlik məlum olmadığını vurğulayıb.
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA












