İngiltərə parlamenti Ermənistanı qınayan petisiya hazırladı
Gündəm
7 Oktyabr 2020 11:21

Böyük Britaniya Parlamenti (Nümayəndələr Palatası) erməni qüvvələrinin işğal etdiyi torpaqlardan dərhal çıxarılmasını tələb edən petisiya imzalayıb. Sənəd Böyük Britaniya Parlamentinin rəsmi internet səhifəsində yerləşdirilib. Konservativlər partiyasından olan Blekman Bob və Bottomli ser Piter tərəfindən oktyabrın 1-də qaldırılan petisiyada deyilir: “Parlament bildirir ki, Ermənistanın 27 sentyabr 2020-ci ildə başlayan və hər gün daha da böyüməyə davam edən təcavüzü Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi bölgə üzərində qanunsuz hərbi nəzarətindən qaynaqlanan və 30 mindən çox insanın həlak olmasına, 1 milyondan çox insanın qaçqın düşməsinə səbəb olan Ermənistan-Azərbaycan arasındakı silahlı münaqişəni daha da artırır. Bununla yanaşı, Türkiyə və Rusiyanın cəlb olunması ilə konfliktin genişlənməsi təhlükəsi yaranır.
Parlament İngiltərə hökumətini Ermənistanı 1994-cü ildə əldə edilmiş atəşkəsi kobud şəkildə pozduğuna və Azərbaycanın silahlı qüvvələri, mülki şəxslərinin mövqelərinə intensiv hücumda iriçaplı silah, minaatan və artilleriya silahlarından istifadə etdiyinə görə qınamağa və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə göstərildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qanunsuz olaraq işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırır”.
Oxunub : 1034
DİGƏR XƏBƏRLƏR
26 Sentyabr 2026 12:22
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
26 Sentyabr 2026 11:45
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
26 Sentyabr 2026 10:58
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
26 Sentyabr 2026 09:01
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
25 Sentyabr 2026 20:30
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
25 Sentyabr 2026 17:58
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
25 Sentyabr 2026 15:41
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
25 Sentyabr 2026 12:18
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
25 Sentyabr 2026 11:30
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
25 Sentyabr 2026 11:00
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
25 Sentyabr 2026 08:18
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
24 Sentyabr 2026 19:30
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
ŞƏRH YAZ












