İnsanların yarısında COVID-19-a qarşı anadangəlmə immunitet ola bilər

Koronavirusa qarşı anadangəlmə immunitet daha əvvəl düşünüldüyündən də çox insanda ola bilər. Bu barədə “The Guardian” nəşri yazıb.
Qəzet bu sahədə aparılmış araşdırmalara əsasən belə iddia irəli sürüb. Belə ki, tədqiqatlar zamanı bu virusa yoluxmayan insanların 20-50%-də COVID-19-a qarşı spesifik T-hüceyrə immuniteti müşahidə olunub.
Eyni zamanda iki tədqiqatın müəlliflərinin fikrincə, belə immunitet reaksiyası digər növ koronaviruslarla təmasda olduqdan sonra əmələ gələn çarpaz immunitetlə izah edilə bilər.
Qeyd olunur ki, bununla COVID-19-a qarşı antikorların az adamda aşkarlanması səbəbi ilə koronavirus pandemiyasının uzun müddət davam edəcəyi versiyası də şübhə altına düşür.
“Tədqiqatlar immunologiyada çox az şeyin əvvəlcədən qurulduğuna dair güclü xatırlatma edir”, - nəşrdə yazılıb.
“British Medical Journal” isə məsələ ilə dərc olunan yazıda kontaktın mütləq yoluxmaya səbəb olmadığını, yoluxmanın mütləq xəstəliyə səbəb olmadığını, xəstəliyin isə mütləq aşkar edilə bilən antikorlar yaranmasına səbəb olmadığını qeyd edib. (“Report”)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











