İntihar edən müəllim intim şəkilləri ilə ŞANTAJ OLUNUBMUŞ

Ötən gün Nərimanov rayonu ərazisində intihar edən ibtidai sinif müəllimi Naidə İsayevanın özünə qəsd etməsi ilə bağlı yeni faktlar ortaya çıxıb. Hövsan qəsəbəsində yaşayan N.İsayeva axşam saat 17:00-dan sonra özünü Nərimanov rayonu ərazisində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən yerə ataraq intihar edib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Naidə İsayeva əvvəldən tanıdığı şəxs tərəfindən qeyri-etik şəkillərinin internetdə yayılacağı ilə bağlı şantaj olunub. Bununla bağlı Naidə İsayeva dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsə də, şikayətinə baxan olmayıb. İbtidai sinif müəlliminin intihar etməsinə səbəb də məhz bu amil olub.
Onu da qeyd edək ki, əslən Lerik rayonundan olan 27 yaşlı Naidə İsayevanın qardaşı ötən gün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə gələrək xuliqanlıq hərəkətləri edib və binanın şüşələrini sındırıb. Bununla bağlı da rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırmaya başlanılıb. (Unikal.org)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












