İqor Korotçenko: "2-3 həftə sonra Yerevanın döyüşməyə heç nəyi qalmayacaq"

Ermənistanın Azərbaycanla müharibə aparması üçün sahib olduğu resurslar, o cümlədən silah-sursat və yanacaq 2-3 həftəlik döyüş əməliyyatlarına kifayət edəcək, sonra Yerevanın döyüşməyə heç nəyi qalmayacaq.
Trend-in məlumatına görə, bunu Rusiyanın “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
O bildirib ki, hazırda münaqişə zonasında erməni qoşunları ilə Azərbaycan qoşunları arasında Azərbaycan ərazisində tammiqyaslı döyüş əməliyyatları gedir:
“Bu, müharibədir. Mənim proqnozlarıma əsasən, Ermənistan iki-üç həftə müddətində eyni gərginlikdə döyüşlərə davam edəcək, daha sonra, heç bir xarici dəstək olmasa, onların resursları bitəcək.
Başa düşmək lazımdır ki, bu, müharibədir. Burada həm uğurlar, həm də uğursuzluqlar ola bilər. Hər şey Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları ağıllı planlaşdırmasından asılıdır. Hələlik, seçilmiş taktika, yəni əsgərlərin həyatını qorumaqla və yüksək dəqiqlikli silahlardan istifadə etməklə irəliləmək mümkün olub. Buna cavab olaraq isə Ermənistan Azərbaycanın dinc şəhərlərini atəşə tutur. Bu, hərbi cinayətdir”.
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO












